Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
LAYLAM, XOCALIM, LAYLAY

0


  •              Hörmətli
    oxucu, bağışla məıi!
                 Ona görə ki, bıı şeir miibariz əhval-ruhiyyənizi
    əks etdirmir. Dəhşətli avtomobil qəzasında həlak olan Sübhi və Ziyadxamn faciəli
    surətdə həlak olması məni yamanca kövrəltdi. Qarabağda baş verən itkilərimiz
    bir-bir gəlib gözlərimin önündən keçdi, dərdlərim yenidən tüğyan eylədi.
    Qarabağda, Xocalıda itirdiklərimiz az imiş kimi son illərdə Xocalısız say seçmə
    övladlarımızın vaxtsız dünyalarını dəyişmələri məni yaman-yaman  yandırdı. Həsrət çəkə-çəkə, göz yaşı tökə-tökə,
    Xocalıma laylay çalmaq qənaətinə gəldim.

              LAYLAM, XOCALIM, LAYLAY

    (Xocalısız, vaxtsız dünyasını dəyişən
    xocalıların əziz xatirəsinə)

    Çal-çağınn xəyallarda yaşayır,                          

    Övladlann qəm yükünü daşıyır,
    Ulduzların yanıb-yanıb sayrışır.

    Laylay, Xocalım, laylay,

    Qadan mən
    alım, laylay.

    Çox oyunlar gəldi sənin başına,

    Həsrət qaldıq torpağına, daşına,

    Qurban olum axan o göz yaşına.

    Laylay, Xocalım, laylay,

    Qadan mən
    alım, laylay.

    Köhlənlərin yorğun düşüb, yorulub
    Cığırların yarı yolda qırıhb,

    Səndən ayn çox mağarlar qurulub.
    Laylay, Xocalım, laylay,

    Qadan mən alım, laylay.



    Azmısan dumanda, azmısan çəndə     Vətəndə vətənsiz qalmışam mən də,

    Yüz ihn dağı var geniş sinəndə.

    Laylay, Xocalım, laylay,

    Qadan mən
    alım, laylay.

    Ayrılığın bizə ağır dərd olub,

    Küləklər ağarmış saçını yolub,

    Xəzan vurub lalə, bənövşən solub.     Laylay, Xocalım, laylay,

    Qadan mən
    alım, laylay.

    Səndən sonra mərd oğullar itirdik,     Ömrümüzü vallah sənsiz bitirdik,

    Heç bilmirik nəyi tapıb, gətirdik.

    Laylay, Xocalım, laylay,

    Qadan mən
    alım, laylay.

    Yaralann qövr eyləyib sağalmır,     Söyüddən, qanqaldan bağça-bağ olmur,     Haqq-ədalət heç bir kəsdən sorulmur.     Laylay, Xocalım, laylay,

    Qadan mən
    alım, laylay.

    Hayqıranq dağı-daşı çaparıq,

    İtirmişik səni bir gün taparıq,


































    Çöllərində köhlənləri çaparıq.

    Laylay, Xocalım, laylay,

    Qadan mən
    alım, laylay.

    Qırxqızlıyam, dərdim tüğyan eyləyir     Sənsiz axı heç bilməyir neyləyir,     Dərdsizlərə dərdin hər gün söyləyir.     Laylay, Xocalım, laylay,









    Qadan mən alım, laylay.

                                                                       QASIM QIRXQIZLI
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    Kateqoriyaİqtisadiyyat
    Yerləşdirdi
    Yerləşdirildi11 il öncə
    İzlənib82 dəfə
    LAYLAM XOCALIM LAYLAY

    Maraqlı gələ bilər
    70
    56
    69
    63